Cyberonic böyük sənaye komplekslərində  avtomatika sistemlərinin quraşdırılması və ya modernizasiyası zamanı konsultasiya, layihələndirmə, material təmini, panel montajı və proqram təminatı kimi kompleks sistemlərin tam qurulub təslim edilmə xidmətlərini təklif edir.

Kənd təsərrüfatı

Poliqrafiya (mətbəə)

MAN Roland və Heidelberg kimi çap avadanlıqlarında avtomatika sistemləri, elektron təmir və modernizasiya işləri həyata keçirmişik.

Plastik sənayesi

Plastik istehsalı avadanlıqlarında avtomatika sistemlərinin qurulması, təmiri və modernizasiyası üzrə texniki həllər təqdim edirik. Sistemlərin uzunmüddətli və stabil işləməsi əsas məqsədimizdir.

Tekstil sənayesi

Tekstil istehsalında istifadə olunan avadanlıqların avtomatlaşdırılması və köhnə sistemlərin PLC əsaslı idarəetməyə keçirilməsi xidmətlərini həyata keçiririk.

Kənd təsərrüfatı

Kənd təsərrüfatı

Kənd təsərrüfatı sahəsində istifadə olunan istehsal və emal avadanlıqlarının avtomatlaşdırılması və texniki servisi üzrə həllər təqdim edirik.

Qida sənayesi

Qida istehsalı avadanlıqlarında avtomatika və elektrik sistemlərinin qurulması və modernizasiyası üzrə işlər aparırıq. Təhlükəsizlik və proses nəzarəti əsas götürülür.

Qablaşdırma sənayesi

Qablaşdırma xətlərində avtomatika sistemlərinin qurulması, PLC əsaslı idarəetmə və texniki servis xidmətləri göstəririk. Məqsəd xəttin məhsuldarlığını və iş sabitliyini artırmaqdır.

Texniki tərəfdaşlıq

MÜŞTƏRİLƏRİMİZ ÜÇÜN İNNOVATİV UNİKAL VƏ SƏMƏRƏLİ HƏLLƏR TƏKLİF EDİRİK

Hədəfimiz yenilikçi və yaradıcı mühəndislik həlləri ilə müştərilərimizə, işçilərimizə və cəmiyyətə ən ali dəyərlərlə ximdət edərək seçilən bir brend olmaqdır. Gördüyümüz bütün işlərdə beynəlxalq standartlara əməl etməyə çalışır verdiyimiz bütün xidmətlərdə keyfiyyəti ön planda tuturuq.

Referanslar

Bu günə qədər ölkənin aparıcı və tanınmış istehsalçıları ilə bir sıra layihələr həyata keçirmişik. Müxtəlif sənaye sahələrində fəaliyyət göstərən böyük müəssisələr tərəfindən seçilməyimiz göstərdiyimiz xidmətlərin etibarlılığına və texniki keyfiyyətinə olan inamın göstəricisidir. Referanslarımız praktik nəticələrə əsaslanan uğurlu əməkdaşlıqları əks etdirir.

2018-dən bu günə

Fəaliyyətə başladığımız ildən etibarən sənaye avtomatikası sahəsində aktiv işləyirik.

0+

Uğurlu layihə

Xidmətlərimiz

Texniki servis və təmir xidmətləri

Sənaye avadanlıqlarında yaranan elektron və avtomatika nasazlıqlarının aşkarlanması və aradan qaldırılması üzrə texniki servis xidmətləri göstəririk.

Avadanlıqların modernizasiyası

Köhnə və mexaniki idarə olunan istehsal avadanlıqlarının modernizasiyası işlərini həyata keçiririk. Mövcud sistemlər PLC əsaslı avtomatika sistemlərinə çevrilir.

Avtomatika və elektrik panolarının hazırlanması

İstəyə və obyektin tələblərinə uyğun olaraq avtomatika və elektrik panolarının (şkafların) layihələndirilməsi və yığılması işlərini icra edirik

Alasgar Gasimov

Co-Founder

Samir Gasimov

CEO-Founder